Из альбома: Ömrüm - Günüm

Gözlərimdən anla bu sevincimi
Nəhayət xoşbəxtəm səninlə təkcə
Qanad açıb ürəyimdə quş kimi
Xəyalına qondum sənin gizlicə
Ömrüm günüm, olmasın sənsiz bir an
Ömrüm günüm, qoy olsun sənə qurban
Ömrüm günüm, çəkdirsin mənə hicran
Ömrüm günüm, təki sən mənim yanımda qalasan
Yana şamı söndürmə ürəyimdə
Qoymaram ki, məhv olsun çırağımız
Parlayıb bir anda eşqin gözündə
Qorx alışıb yanmasın bu sevdamız
Ömrüm günüm, olmasın sənsiz bir an
Ömrüm günüm, qoy olsun sənə qurban
Ömrüm günüm, çəkdirsin mənə hicran
Ömrüm günüm, təki sən mənim yanımda qalasan

Комментарии