Yeni vərəq,yeni qələm sevgi sanki cəhənnəm

Ürək sancır nəfər gəlmir sevgi xəstəlik vərəm

Sevgi cadu kimidi qanla çəkilmiş pentaqramma

Sağ olsaydı Şekspir mənim həyatımdan yazardı drama

Biraz stress koma pristup arada bir də paranoya

Bu nə zamandı insanlar sanki robot mamamiya

Yox romantika ürəklər artıq sevmir

İçidə boşdu hamının kirayə verilən otaqlar kimi

Oyna uşaqlar kimi mənim ürəyim oyuncaqdı

Sındır əlini çıxart gözünü xeyri yoxdu yenədə sağdı

Qələm damar mürəkkəbimdə qan axır sətirlərə

Lirik fəlsəfəm çevirir orduları əsirlərə

Qaraqanam HOSTun oğlu

Yaraları buzla doldur kim deyir ki sevgi var?

Mən deyirəm sevgi yoxdur

İndi fərqli hisslərində hamı başqa arzularda

Leyli Məcnun sevgisidəki boş nağıl arzularda



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular

Çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı



Yeni gecə yeni səhər sevgi yoxdur var kədər

Sevgi yoxdur var yalan sevgi yoxdur var zəhər

Sevgi yoxdur uşaq nağıllarıdı gözəl əbədi sevgi

Ehtiras var yalannan deyirlər səbəbi sevgi

İndi seks və şou indi geroin və pul əsri

İndi MTV,Sweet Sixteen,Pimp My Ride əsri

İndi hi5 zamanı indi easy life zamanı

Mobil telefonlar kimi mobil insanlar zamanı

Sülh raketlərdən atılır yemək paketlərdə satılır

Sevgi yoxdur hər il yeni bir sevgi çıxır sonra atılır

Sevgi yoxdur gizli-gizli parkda sevişmək var

Sevgi yoxdur dalaşmaq qırışmaq didişmək var

Sevgi yoxdur var dörd təkər üstündə dəmir parçası

Leyli olub bu gün 90x60x90 markası

Sevgi olur qanadlarla əlvan sehrli hisslərlə

Sevgi olmur saytdan hazır götürülmüş smslərlə



Dar,insanlar onlar özləri özlərindən qorxdular

Unutdular yox olaraq arzular,ümidlər,sevgilər ürəylərdə itər

Çünki dar insanlar dəlicəsinə sevməkdən qorxdular

Çürüntülər ürəkləri bağladı mələklərdə içimizi görüb ağladı



HOST , Qaraqan , sevgi yoxdur , bügün sevgi belədi ,

Görəsən 5 il sonra necə olacaq ?...

Комментарии